Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 17:34
“Napoli” İtaliya kubokunun final oyununda qarşılaşacağı “Yuventus”la matçın hazırlıqlarını davam etdirir.
Qol.az “Corriere delo Sport”a istinadən xəbər verir ki, ötən gün keçirilən hazırlıqda baş məşqçi Cennaro Qattuzo futbolçusu İrvinq Losanonu heyətdən uzaqlaşdırıb. Meksikalı hücumçunun məşqlərə yetəri qədər köklənmədiyini düşünən Qattuzo bu addımı atıb.
Qeyd edək ki, İtaliya kubokunun final görüşü iyunun 17-də keçiriləcək.