Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk koronavirus peyvəndi payızda hazır ola bilər

İlk koronavirus peyvəndi payızda hazır ola bilər

Tarix: 16 Iyun 2020 23:36

Oksford Universiteti tərəfindən İtaliyanın "Irbm" şirkəti ilə birlikdə hazırlanan koronavirus peyvəndi, payız və ya qış aylarında istifadəyə verilə bilər. Bu sözləri İtaliya Səhiyyə nazirinin müşaviri və Ümumdünya Səhiyyə Təşkilatındakı ölkə nümayəndəsi Valter Riçard söyləyib.

"Hər şey düzəlsə, payızda və qışda peyvəndin ilk dozaları, o cümlədən italyanlar üçün də olacaq", - deyə V.Riçard söyləyib. Onun sözlərinə görə, peyvəndlərin hazırlanması prosesində Avropa ABŞ-dan qabaqdadır və İtaliya-Britaniya dərmanı daha çoxdur, başqalarına nisbətən qabaqcıl mərhələdir. Oktyabr ayında epidemiyanın ikinci dalğasının gəlmə ehtimalından danışan italiyalı mütəxəssis belə deyib: "Heç kim bu barədə 100% əmin ola bilməz, lakin virusun yox olacağına inanırıq".


Etiketlər:  İlk koronavirus peyvəndi payızda hazır bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ