Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yanardağ''a gedən avtobusların sayının artırılması təklif edilir

''Yanardağ''a gedən avtobusların sayının artırılması təklif edilir

Tarix: 13 Iyun 2019 13:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyi "Yanardağ" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işlərinin aparılması və qoruğa marağın artmasını nəzərə alaraq, buraya gələn marşrut avtobuslarının sayının artırılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə "Yanardağ" qoruğuna mediatur zamanı deyib.

Onun sözlərinə görə, hazırda "Yanardağ" Qoruğuna gələn marşrut avtobusları var: "Hər kəs bu marşrut avtobuslarından istifadə edir. Lakin biz Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın".

K.Quluzadə əlavə edib ki, həm "Yanardağ"a, həm də "Atəşgah"a Hökumət evinin yanından "Baku city tour" avtobusları da gedir.

Agentlik rəsmisi gələcəkdə "Yanardağ"da tibb məntəqəsinin açılacağını da vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yanardağa gedən avtobusların sayının artırılması təklif edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ