Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 23:56
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda 2020-ci ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 37,6 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 8,2 faiz azalıb.
Yanvar-may aylarında 672 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd az minik avtomobili istehsal olunub.