Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 00:24
Bakı. Trend:
Çinin paytaxtı Pekinin hava limanlarında 900-dən artıq aviareys ləğv edilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, paytaxtın Şoudu beynəlxalq hava limanında təxminən 1,1 min aviareysin yerinə yetirilməsi planlaşdırılırdı, lakin onlardan 634-ü daha sonra ləğv edildi.
Pekinin ən böyük hava limanı olan Dasində gün ərzində 558 uçuş yerinə yetirilməli olsada, onlardan 295-i daha sonra ləğv edilib.
Qeyd edək ki, ötən gün Pekin şəhərinin hakimiyyəti şəhərin ən böyük topdansatış bazarında koronavirus infeksiyasının yayılmasına görə ictimai səhiyyə sahəsində fövqəladə hazırlıq dərəcəsini ikinci səviyyəyə yüksəldib.