Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 03:48
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Pələng" antiterror əməliyyatına başlayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, Türkiyənin xüsusi təyinatlıları hava əməliyyatı zamanı Haftanin bölgəsinə daxil olublar. Xüsusi təyinatlılar Hərbi Hava Qüvvələrinin, ATAK hərbi helikopterlərinin, sadə və döyüş PUA-larının dəstəyi ilə hərək edirlər.
Bildirilir ki, əməliyyat Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.