Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 20:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.
AQTA-dan Sonxeber.net-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstan Respublikasının Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyinin qeydə alınması barədə məlumat yayıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilmişdir.
Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.