Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 21:36
Bakı. Trend:
Almaniyada hazırlanmış koronavirusun izlənməsi üzrə mobil tətbiq istifadəyə veriləndən sonra bir gün ərzində 6,5 milyon dəfə yüklənib.
Trend-in məlumatına görə, “Corona Warn” (Korona xəbərdarlığı) adlı tətbiq SAP və “Deutsche Telekom” şirkətləri tərəfindən 6 həftə ərzində hazırlanıb.
İlk gün proqramı ölkə əhalisinin 7 faizi yükləyib.
“Corona Warn” tətbiqi “Bluetooth” texnologiyası ilə işləyir və telefon sahibinə koronavirus testinin müsbət çıxmış şəxsə iki metr yaxınlaşacağı təqdirdə məlumat ötürür.