Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 17:24
Bakı. Elçin Mehdiyev - Trend:
İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina veriləcək.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə səsri bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib:
“Hazırda həmin binada təmir işləri aparılır. İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir: Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.
M.Qurbanlı əlavə edib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək:
“Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər ikisi eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin