Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz qum daşıyanlar 4000 manata yaxın cərimələndi

Qanunsuz qum daşıyanlar 4000 manata yaxın cərimələndi

Tarix: 19 Iyun 2020 09:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3764 manat məbləğində cərimə olunub.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.


Etiketlər:  Qanunsuz daşıyanlar 4000 manata yaxın cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ