Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 4 rayona yeni prokuror təyin edilib - YENİLƏNİB

Daha 4 rayona yeni prokuror təyin edilib - YENİLƏNİB

Tarix: 19 Iyun 2020 11:22

11:19

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Həsən Hənifəyev tutduğu vəzifədən azad edilərək Nəsimi rayon prokuroru təyin edilib. 

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.

----------

11:00

Bakının daha iki rayonuna yeni prokuror təyin olunub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb. 

Milli.Az


Etiketlər:  Daha rayona yeni prokuror təyin edilib YENİLƏNİB


RƏYLƏR