Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 16:48
Bakı. Trend:
Dövlət başçısının tapşırığına əsasən, rahat gediş-gəlişin təmin olunması üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.
Agentlikdən Trend-ə bildirilib ki, anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılmışdı. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunmuşdu.
Ümumilikdə isə vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.