Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 19:04
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın futbolçusu Leroy Sane haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib ki, 24 yaşlı hücumçunun İngiltərə klubundan ayrılmaq istədiyini təsdiqləyib: "Leroy müqaviləsini yeniləmək istəmədiyini bizə bildirdi. Bu o deməkdir ki, Sane ya bu yay, ya da müqaviləsi bitəndə klubdan ayrılacaq. Biz ona 2-3 dəfə müqavilə təklif etdik, amma o, həmişə rədd etdi. Sane başqa komandada oynayacaq".
Qeyd edək ki, alman oyunçunun "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır. Onunla "Bavariya"nın maraqlandığı iddia olunur.