Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 13:48
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə indiyədək keçirilən imtahanlarda özündə və ailəsində COVİD-19 virusunun olmadığına dair bəyannaməsində məlumatları düzgün göstərməyən abituriyentlərin olub-olmamasına münasibət bildirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, M.Abbaszadə qeyd edib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılmır: "Biz indi bu məsələni araşdırmırıq. Bu o zaman üzə çıxar ki, yoluxma halı olsun. Məhz bu halda məsələni araşdıracağıq. Hələ ki, elə bir fakt olmayıb".
M.Abbaszadə əlavə edib ki, abituriyentlərin təqdim etdikləri məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən toplanılaraq, saxlanılır.
O, abituriyentlərə bəyannamənin "Buraxılış vərəqəsi"nin arxa tərəfində deyil, ayrı bir vərəqdə çap edilməsini də tövsiyə edib.