Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənə Foqtsun nikahdan kənar oğlu deyirdilər” – Millimizin sabiq oyunçusu

“Mənə Foqtsun nikahdan kənar oğlu deyirdilər” – Millimizin sabiq oyunçusu

Tarix: 21 Iyun 2020 15:00

Millizin sabiq qapıçısı Andrey Popoviç alman mütəxəssis Berti Foqtsla münasibətlərinə dair maraqlı açıqlama verib.

Qol.az-ın xəbərin görə, peşəkar karyerasını başa vuran Ukrayna əsilli futbolçu ölkəsinin ua-football.com saytına müsahibəsində “Sizi Berti Foqtsun sevimlisi adlandırmaq olarmı” sualını belə cavablandırıb:

“Mən daha artığını deyərdim. Hətta mənim Foqtsun nikahdan kənar oğlu olduğumu deyir və bu söhbətlərlə “zəhərləyirdilər”. Amma mən milliyə gözəl gözlərimə görə düşmürdüm. Həmişə üzərimdə işləyir və meydanda öz səviyyəmi göstərməyə çalışırdım”.

Qeyd edək ki, Popoviç 2011-12-ci illərdə, Berti Foqtsun dönəmində millimizə dəvət alıb.

 


Etiketlər:  Mənə Foqtsun nikahdan kənar oğlu deyirdilər Millimizin sabiq oyunçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ