Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 17:44
“Şəxsən mən başa düşmürəm ki, niyə burada qapalı məkanlarda maska taxmağa 15 iyunda başlanıldı. Digər ölkələrdə 5-6 həftə qabaq bunu etdilər".
Qol.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məqçisi Yurgen Klopp "Daily Mail"ə açıqlamasında deyib.
"Maskanın faydasının olub-olmamasını mübahisə etmək olar, ancaq bir şey də var ki, maska taxmağa daha tez başlayan ölkələrdə qurbanların sayı İniltərədəkindən azdır" - deyən almaniyalı mütəxəssis ölkəsi və İngiltərənin koronavirusla mübarizə üsulunu müqayisə edib. O, Almaniyada məsələyə daha ciddi yanaşıldığını bildirib:
"Almaniyada dükanlara maskasız girə bilməzsiniz. Maskanız varsa, dükanlarla yanaşı, digər qapalı məkanlarda da daxil ola bilərsiniz. Görürsən ki, insanlar özlərini və ətrafını qorumağa çalışırlar. İngiltərədə yanacaqdoldurma məntəqsində maska və əlcəkdən istifadə edən təkcə mənəm, özümü yad kimi hiss edirəm. Kimsə koronavirus pandemiyasının tam bitdiyini deməyincə, bunlardan əl çəkməyəcəm”.