Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraqın şimalında terrorçularla toqquşmada türk hərbçisi ölüb

İraqın şimalında terrorçularla toqquşmada türk hərbçisi ölüb

Tarix: 22 Iyun 2020 04:40

Bakı. Trend:

İraqın şimalındakı "Pəncə-Pələng" keçirildiyi əməliyyat ərazisində baş verən terrorçularla toqquşmada türk əsgəri ölüb.

Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Pençe-Kaplan əməliyyatı bölgəsində PKK terrorçularla toqquşması nəticəsində yaralanan əsgərlərdən biri tibbi müdaxilələrə baxmayaraq ölüb.

Açıqlamada toqquşma zamanı iki terrorçunun silahları ilə birlikdə zərərsizləşdirildiyi də qeyd edilib.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.


Etiketlər:  İraqın şimalında terrorçularla toqquşmada türk hərbçisi ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ