Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fərəh Əliyevanın təkrar testinin nəticəsi neqativ çıxdı

Fərəh Əliyevanın təkrar testinin nəticəsi neqativ çıxdı

Tarix: 22 Iyun 2020 15:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Profilaktik baxımdan koronavirusa (COVID-19) görə verdiyi ilk test nəticəsi müsbət olan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təkrar testdən keçirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, F.Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.

COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.

Hazırda vəziyyəti stabil olan F.Əliyevada xəstəlik simptomları qeydə alınmayıb.


Etiketlər:  Fərəh Əliyevanın təkrar testinin nəticəsi neqativ çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ