Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeron RİH-in binasında əməliyyat keçirilməyib və müavinlər həbs olunmayıb

Abşeron RİH-in binasında əməliyyat keçirilməyib və müavinlər həbs olunmayıb

Tarix: 22 Iyun 2020 15:12

Bakı. Trend:

Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat axtarış tədbirləri həyata keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib.

Abşeron RİH-in mətbuat ximətindən Trend-ə bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. RİH binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazıra müavinlərin hər biri iş başındadır.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bilirir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.


Etiketlər:  Abşeron RİH binasında əməliyyat keçirilməyib müavinlər həbs olunmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ