Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 12:51
Bakı. Trend:
Azərbaycanda koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür.
Trend-in məlumatına görə, Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Xətai, Yasamal və Binəqədi rayonlarında olub. Xətai 12,2 faiz, Yasamal isə 12,2 faiz təşkil edib. Bakıda ən çox yoluxma isə Binəqədi rayonunda - 12,3 faiz olub
Müvafiq olaraq yoluxma faizi Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda 9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.