Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 15:00
Bakı. Trend:
İndoneziya sahillərində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, zəlzələnin episentri Sulavesi adası yaxınlığında, 145 minədək əhalisi olan Qorontalo şəhərindən 145 kilometr məsafədə qeydə alınıb.
Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib. Yeraltı təkanlar yerin 102 kilometr dərinliyində baş verib.