Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynlər Bakıda itkin düşmüş uşağını canlı yayımda tapdılar

Valideynlər Bakıda itkin düşmüş uşağını canlı yayımda tapdılar

Tarix: 23 Iyun 2020 16:10

Bakıda itkin düşmüş uşaq tapılaraq valideynlərinə təhvil verilib.

Milli.Az bildirir ki, bununla bağlı sosial şəbəkə istifadəçilərindən biri profilində canlı yayım edib.

O, qeyd edib ki, paytaxtın Nərimanov rayonu ərazisində təxminən 5-6 yaşlı qız uşağı tapılıb. Yayım zamanı istifadəçi bildirib ki, əgər uşağın valideynlərini tanıyan varsa, 18-ci polis bölməsinə məlumat versin.

Video sürətlə sosial şəbəkədə yayılıb.

Çox keçmədən həmin şəxs yazıb ki, artıq uşağın valideynləri tapılıb və körpə onlara təhvil verilib. (ölkə.az)

Milli.Az


Etiketlər:  Valideynlər Bakıda itkin düşmüş uşağını canlı yayımda tapdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ