Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotik vasitə becərən qohumlar saxlanılıb - FOTO

Narkotik vasitə becərən qohumlar saxlanılıb - FOTO

Tarix: 24 Iyun 2020 13:36

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri Aslan Uzunov və onun qohumu İsmət Qardaşov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yuxarıda adları qeyd olunan şəxslər qabaqcadan əlbir olaraq, Poştbinə kəndi ərazisindəki meşə massivində narkotik tərkibli çətənə bitkiləri becəriblər. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan 22 ədəd aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Narkotik vasitə becərən qohumlar saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ