Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maska taxmaq koronavirusdan nə qədər qoruyur? - ÜST AÇIQLADI

Maska taxmaq koronavirusdan nə qədər qoruyur? - ÜST AÇIQLADI

Tarix: 24 Iyun 2020 13:57

Bakı. Elçin Mehdiyev – Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib.

Trend-in məlumatına görə, yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir.

Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir.

Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir.

Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Azərbaycanda da maskadan istifadə etməyə görə cərimələr qüvvədədir. Beləki, müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.


Etiketlər:  Maska taxmaq koronavirusdan qədər qoruyur ÜST AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ