Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişli Rayon Təhsil Şöbəsi direktorun şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumata münasibət bildirdi

İmişli Rayon Təhsil Şöbəsi direktorun şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumata münasibət bildirdi

Tarix: 14 Iyun 2019 16:12

Bakı. İlhamə İsabalayeva - Trend:

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Bu barədə Trend-ə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".

Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İmişli Rayon Təhsil Şöbəsi direktorun şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumata münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ