Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 13:12
"Bakı Nəqliyyat Agentliyi marşrut avtobuslarında maskadan isatifadənin qadağan edilməsilə bağlı nəzarət tədbirlərinə start verib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib. Onun sözlərinə görə, agentlik artıq bu gündən bu məslə ilə bağlı tam qüvvəsi ilə xidmət göstərir. Əməkdaşlarımız şəhər ərazisindəki bütün məntəqələrimizdə nəzarət həyata keçirir. Dayanacaqlarda əməkdaşlarımız dünəndən etibarən sərnişinlər arasında təbliğat aparır. Qanunvericiliyə görə, maskadan istifadə etməyən şəxslər cəzalanmalıdır. Amma biz cərimələnmənin tərəfdarı deyilik, ona görə də marifləndirmə xarakterli tədbirlər həyata keçirir və insanları maskadan istifadəyə çağırırıq. Bakı Nəqliyyat Agentliyi bununla bağlı sərnişindaşımadakı daşıyıcılara və onların sürücülərinə xəbərdarlıqlar etmişik. Sürücülərə tapşırılıb ki, avtobusa maskasız sərnişin daxil olan kimi nəqliyyat vasitəsini saxlasın və dayanacaqdan tərpənməsin. Həmçinin sərnişinlər arasında təbliğat aparırıq ki, avtobuslarda maskasız şəxs gördükləri halda ictimai qınaq obyektinə çevirsinlər. Sürücülərə də tapşırılıb ki, avtobusda maskasız şəxs aşkarlayarlarsa, dərhal yaxınlıqda olan polisa əməkdaşlarına məlumat versinlər. Bununla da maskasız sərnişin polis vasitəsilə avtobusdan kənarlaşdırılacaq".