Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADY: Cavid Qurbanov son günlərdə heç bir media orqanına eksklüziv müsahibə verməyib

ADY: Cavid Qurbanov son günlərdə heç bir media orqanına eksklüziv müsahibə verməyib

Tarix: 25 Iyun 2020 16:24

Bakı. Trend:

Bu günlərdə yerli saytların birində "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun adından geniş müsahibə dərc olunub. Müsahibədə ölkənin dəmir yolları şəbəkəsində əldə olunan nailiyyətlərlə bağlı məqamlara yer verilib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova Trend-ə qeyd olunan müsahibənin qurama olduğunu bildirib.

Onun sözlərinə görə, QSC sədri son aylar ərzində hər hansı media orqanına ekslküziv müsahibə verməyib: “Sözügedən materialda Cavid Qurbanovun müxtəlif vaxtlarda səsləndirdiyi fikirlər, habelə, dövri mətbuatda yer alan çıxarışlarından hissələr toplanılaraq müsahibə şəklinə gətirilib və bu formada dərc olunub, bəzi hissələr isə uydurulub. Təbii ki, bu mediada saxtakarlıqdır və yanlış informasiyalara yol açıb”.


Etiketlər:  Cavid Qurbanov günlərdə heç media orqanına eksklüziv müsahibə verməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ