Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cerrard ''Liverpul''u təbrik etdi

Cerrard ''Liverpul''u təbrik etdi

Tarix: 26 Iyun 2020 15:16

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard sabiq komandasını çempionluq münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, “Reyncers”in baş məşqçisi 17 il “qırmızılar”ın şərəfini qoruyub və çempionluq yaşamayıb. O, sosial şəbəkə hesabındakı paylaşımında yazıb:

“Premyer Liqa çempionu “Liverpul”u təbrik edirəm. Möhtəşəm heyət və əla baş məşqçi ilə inanılmaz bir uğurdur. Ən önəmlisi isə 30 ildir bu anı gözləyən azarkeşləri təbrik edirəm. Parti başlasın!”

Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə “Liverpul”da çıxış edib.
 


Etiketlər:  Cerrard Liverpulu təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ