Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diplom ala bilməyən tələbələrə güzəştlər edilsin - VİDEO

Diplom ala bilməyən tələbələrə güzəştlər edilsin - VİDEO

Tarix: 26 Iyun 2020 16:40

Son günlər bir sıra tələbələrin yaranmış imtahan probleminə əvvəlki semestrlərdən qalma kəsrləri də əlavə olunub. Ancaq mövcud vəziyyətlə əlaqədar, əvvəlki illərdən fərqli olaraq bu il yay məktəbi və alt qrupların ləğvi onları çıxılmaz vəziyətə salıb.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Kamran Əsədov -Təhsil eksperti: "Tələbələrə yalnız içində olduğumuz 2-ci semestrlə bağlı güzəştlər tətbiq edildi. Əgər bizim tələbələrimiz hal-hazırda imtahan verirlərsə orada 2-3, hətta 5-6 fənndən kəsrləri yaranarsa onlara imkan veriləcək ki, avqust ayında icmal dərslərində iştirak etməklə təkrar imtahanda iştirak etsinlər".

Lakin tələbələrin əvvəlki illərdən qalan kəslərinə heş bir güzəşt tətbiq edilmir və ya həmin kəsri bağlamaq üçün şərait yaradılmır. Bu nüans ən çox 4-cü kurs tələbləri üçün böyük problemə çevrilib.

Tələbə (Saleh Məmmədov): "Mən 4-cü kurs tələbəsi Saleh Məmmədov, qeyd edim ki, tarix, fizika, politologiya və fəlsəfə fənnindən kəsrim var. Bilirsiz, bu mövcud vəziyyətə görə yay məktəbi olmayacaq və bu səbəbdən mən diplom ala bilməyəcəm xahiş edirəm ki, bu məsələ ilə bağlı tələbələrə hər hansı bir köməklik olunsun".

Kamran Əsədov -Təhsil eksperti: "Kəsr sayını hesablamışdılar ki, tutalım bizim 4 dənə və yaxud da 5 dənə kəsrimiz var onun 2-sini biz verəcəyik, 2-ci semestrdə digərlərini isə yay məktəbində iştirak etməklə hərbi xidmətə belə, magistraturaya, dövlət qulluğuna tam şəkildə akademik öhədlikləri yerinə yetirməklə gedəcəyik. İndiki halda isə onlara yay məktəbinin təşkili nəzərdə tutulmur".

Ekspertlər də bildirir ki, mövcud vəziyyətdə əsas məqsəd təhsilin əlçatanlığının təmin olunmasıdır və bu mövzuda universitetlər də tələbələrə yardım etməlidirlər.

Elşən Qafarov - Ekspert: "Düşünürəm ki, pandemiya dövründə ən azı universitetlər daha yaxşı olardı ki, vəziyyəti nəzərə alaraq bütün təhsil kreditləri və təhsil kreditlərinə görə ödənilən vəsaitlər bu dövrdə pandemiya dövründə universitetlər tərəfindən tələbələrin xeyrinə bağışlanılsın".

Kamran Əsədov -Təhsil eksperti: "Nazirlər kabineti və Təhsil Nazirliyi mütləq şəkildə bunu nəzərə almalıdır. Yəni əvvəlki illərdə kəsr sayında iştirakla bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Hesab edirəm ki, bu məhdudiyyəti də biz 5-ə qədər qaldırmalıyıq ki, təhsilin əlçatanlığı təmin olunsun".

Qeyd edək ki, bu il mövcud vəziyyətlə əlaqədar olaraq bir  neçə universitetdə 2 -ci smestr ümumiyyətlə ləğv olundu, bəzilərində isə imtahanlar onlayn qaydada həyata keçirildi.


Etiketlər:  Diplom bilməyən tələbələrə güzəştlər edilsin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ