Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professordan koronavirus resepti - Hansı vitaminlər lazımdır?

Professordan koronavirus resepti - Hansı vitaminlər lazımdır?

Tarix: 26 Iyun 2020 22:21

Əslən Cənubi Azərbaycandan olan, Almaniya "Beynəlxalq Humanitar Tibbi yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycaninin koronavirusun müalicəsi barədə məsləhətlərini təqdim edirik:

Virus pandemiyası sönənə kimi aşağıda qeyd etdiyim vitaminlər çox mühümdür:

1) Vitamin D3 5000 (iu) gündə 1 dəfə + yarım saat günəşin altında gəzmək
2) Vitamin A 10000 (iu) gündə bir dəfə
3) Vitamin B6 gündə 100 (mg).
4) Vitamin E - gündə 400-800 (iu).

Sonxeber.net bildirir ki, bu vitaminlər yağda əridiyi üçün yalnız yemək ortasında qəbul edilməlidir.

5. Vitamin C 1000 ilə 2000 milliqram arası bütün soyuqdəymə, qrip viruslarını götürmək üçün effektivdir.

Mən öz təcrübəmdə 20 il əvvəl C vitamininin bir qramlıq intravenous ampulundan istifadə edir, çox gözəl nəticə alırdım. İndi bunun tablet və kirşan kimisi çıxıb.

Ən yaxşı qəbul üsulu gündə 2 dəfə 500 milliqramlıq tabletini dil altında saxlamaqdır.

6. Eləcə də 50 mq sink gündə yeməklə bərabər qəbul olunmalıdır.
Bu ikisi suda əriyənlərdir və viruslar zamanı yetərlidir. (qazet.az)


Etiketlər:  Professordan koronavirus resepti Hansı vitaminlər lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ