Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2019 02:16
Bakı. Trend:
Meksikanın paytaxtı Mexiko yaxınlığında yerləşən Popokatepetl vulkanı 5 kilometr hündürlüyə kül püskürüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Milli Mülki Müdafiə İdarəsinin "Twitter" səhifəsində deyilir.
Bildirilir ki, vulkanın kül püskürməsi əhali üçün təhlükəli deyil.
Qeyd edək ki, Popokatepetl vulkanı Mexikodan 70 kilometr aralıda yerləşir və Meksikanın ən böyük və aktiv olan vulkanları arasında daxil olur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin