Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 19:51
Oksford Universiteti və İtaliyanın "Irbm" şirkətinin müştərək hazırladığı yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd payız və ya qışda əlçatan ola bilər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İtaliyadakı nümayəndəsi, İtaliyanın Səhiyyə nazirinin müşaviri Valter Riççardi bildirib: "Əgər hər şey yaxşı getsə, payız, ya da qışda bizdə peyvəndin ilk dozaları ola bilər".
Onun sözlərinə görə, Avropa koronavirus əleyhinə peyvəndin hazırlanması prosesində ABŞ-ı qabaqlayır, Oksford Universiteti və İtaliyanın "Irbm" şirkətinin müştərək hazırladığı peyvənd digərləri ilə müqayisədə daha inkişaf etmiş mərhələdədir.
ÜST-ün nümayəndəsi oktyabr ayında pandemiyanın ikinci dalğasının mümkünlüyünə də toxunub. O vurğulayıb ki, buna heç kim tam əmin ola bilməz: "Lakin biz hesab edirik ki, virusun yoxa çıxma ehtimalı azdır. Biz mümkün zəlzələ ilə toqquşmağa hazır olmalıyıq".
Qeyd edək ki, may ayının ortasında "Irbm" şirkətinin baş direktoru Pyero Di Lorentso bildirib ki, peyvənd üzərində iş inanılmaz dərəcədə sürətlənib.