Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyanın ikinci dalğası başlayıb?

Pandemiyanın ikinci dalğası başlayıb?

Tarix: 27 Iyun 2020 20:51

Hazırda Azərbaycanda koronavirus pandemiyasının birinci dalğası davam edir.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev lent.az-a açıqlamasında belə deyib: "İkinci dalğa o zaman baş verir ki, pandemiya tamamilə sönmə səviyyəsinə çatır. Yoluxma sayı azalır, müəyyən dövr minimumda qalır və bundan sonra yenidən baş qaldırır. Bu, ikinci dalğa olur. Hazırda dünyada olduğu kimi, ölkəmizdə də pandemiyanın birinci dalğası davam edir. Uyğun tədbirlər həyata keçirilir. Sadəcə olaraq, yoluxma halları artır".

C.İsayev onu da bildirib ki, yoluxma hallarının mart-aprel ayları ilə müqayisədə artması əsasən insanların sosial təcrid qaydalarına istənilən şəkildə əməl etməməsi ilə bağlıdır: "Testlərin də sayı artır. Xaricdən gətirilən insanlarda da yoluxma halları olur. Amma əsas yoluxma halları ölkə daxilində baş verir".


Etiketlər:  Pandemiyanın ikinci dalğası başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ