Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada atışma zamanı 2 nəfər öldü

Kaliforniyada atışma zamanı 2 nəfər öldü

Tarix: 28 Iyun 2020 07:16

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında Walmart ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışmada 2 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti bildirib.

Bundan əvvəl Daily News qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, Kaliforniyanın Red-Blaff şəhərində baş verən atışma nəticəsində ən azı 3 nəfərin xəsarət alıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 15:30-da Walmart ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verib.


Etiketlər:  Kaliforniyada atışma zamanı 2 nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ