Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fəridin komandasına 6 qol vurdular

Fəridin komandasına 6 qol vurdular

Tarix: 28 Iyun 2020 21:12

Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə "Brno" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə çatıb - 6:1.

Start heyətdə meydana çıxan Fərid matçın 60-cı dəqiqəsində əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".
 
Qeyd edək ki, “Viktoriya” hazırda 46 xalla 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

 


Etiketlər:  Fəridin komandasına 6 qol vurdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ