Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim: Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır

Həkim: Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır

Tarix: 29 Iyun 2020 14:10

Bakı. Samir Əli - Trend:

Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadənin vəziyyətində ciddi irəliləyiş olmasa das, cüzi yaxşılaşma hiss olunur.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Həkim: Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa, tədricən yaxşılaşır - Gallery Image


Etiketlər:  Həkim Bəhram Bağırzadənin vəziyyəti ləng olsa tədricən yaxşılaşır


RƏYLƏR