Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın kommersiya neft ehtiyatları rekord həddə çatıb

ABŞ-ın kommersiya neft ehtiyatları rekord həddə çatıb

Tarix: 30 Iyun 2020 08:20

Neft məhsullarına tələbatın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyəyə - 541 milyon barelə çatıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Energetika Məlumatları İdarəsinin məlumatında qeyd edilib.

"Son dövrdə neft məhsullarına tələbatın azalması ABŞ-dakı ticarət neft ehtiyatlarının, 19 iyunda bitən həftənin göstəricisinə əsasən, rekord həddə - 541 milyon barelə çatmasına səbəb olub", - məlumatda belə deyilir.

Bu rəqəm 2017-ci il martın sonunda müəyyən edilən əvvəlki rekorddan 5 milyon barel çoxdur. O da bildirilir ki, ABŞ-da neft anbarların yalnız 62%-i dolub.


Etiketlər:  ABŞ kommersiya neft ehtiyatları rekord həddə çatıb


RƏYLƏR