Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik

Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik

Tarix: 30 Iyun 2020 18:40

Bakı. İlhamə İsabalayeva - Trend:

Poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik. COVİD-19-a yoluxmuş şəxslərin evdə müalicəsi və müşahidəsinin aparılması xəstəxanaların, tibb işçilərinin üzərinə düşən yükün azaldılması məqsədi daşıyır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyulub: “Təcili tibbi yardımın gec gəlməsi, testlərin gec bilinməsi ilə bağlı faktlar varsa da, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra xəstəxanaların və təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik”.


Etiketlər:  Səhiyyə Nazirliyi Təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik


RƏYLƏR