Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 19:10
Bakı. Samr Əli - Trend:
Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi öz müsbət nəticəsini verir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, tətbiq edilən xüsusi karantin nəticəsində yoluxma sabitləşib. Karantin bizim xəstəxanalarda palata sayımızı nizamlamağa imkan verir, xəstələrin yerləşdirilməsinə şərait yaradır. Karantin rejimi, həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alır".