Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA nümayəndələri VAR sisteminə görə Bakıda

UEFA nümayəndələri VAR sisteminə görə Bakıda

Tarix: 23 Aprel 2019 13:32

UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, aprelin 24-nə qədər davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40 nəfərə yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

 


Etiketlər:  UEFA nümayəndələri sisteminə görə Bakıda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ