Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vətəndaşları anlamalıdırlar ki, ani bir səhv, yanlışlıq...''

''Vətəndaşları anlamalıdırlar ki, ani bir səhv, yanlışlıq...''

Tarix: 1 Iyul 2020 15:58

"Koronavirus adlı mövcud bəla, ümumbəşəri fəlakət bir tək bizim deyil, bütün dünyanın üzləşdiyi problemdir. Sadəcə ona qarşı mübarizə metodları fərqlidir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, bir qrup dövlətlər iqtisadi dayanıqlığı insan faktorundan daha önə çəkir, karantin qaydalarını böyük yoluxma faktoruna baxmayaraq sərtləşdirmir:

"İkinci qrup dövlətlər isə bütün iqtisadi itkilərə rəğmən yenə də əsas prioritet kimi öz vətəndaşını, onun sağlamlığını düşünür. Azərbaycan ikinci qrupa aiddir. Azərbaycan dövləti üçün öz vətəndaşının sağlamlığından daha önəmli heç nə yoxdur. Ona görə sərt karantin rejimi davam edir. Dövlət bütün gücünü, resursunu ona görə ortaya qoyub ki, vəziyyət nəzarətdən çıxmasın, virusa yoluxma halı az olsun, pandemiya fəsadları mümkün qədər daha az hiss olunsun.

Sadəcə belə həssas məqamda vətəndaş da həmrəylik nümayiş etdirməlidir, ortaya mövqe qoymalıdır, dövlətə dəstək olmalıdır. Qətiyyən məsuliyyətsizlik, səhlənkarlıq etmək olmaz. Çünki ən kiçik ehtiyatsızlıq böyük faciələrə yol aça bilər. Təsəvvür edin, koronavirus dünyanı cənginə alıb, bəzi dövlətlərdə bu qorxunc virusun ikinci dalğası, qayıdış mərhələsi başlayıb, ortada böyük insan itkisi, tələfatı var, az qala bütün bəşəriyyət ayaq üstdədir, həyəcan təbili çalır, amma bununla belə yenə də, hətta bu kritik dönəmdə də məlum pandemiyanı ciddiyə almayanlar tapılır. Amma vəziyyət həqiqətən ciddidir.

Diqqətli olmalıyıq. Hamılıqla. Birmənalı şəkildə. Eyni zamanda düşünürəm ki, karantin qaydalarının pozulmasına görə təyin edilmiş cəzaların sərtləşdirilməsi də çox doğru qərar idi. Niyə? Çünki bütün cəzalar, sanksiyalar törədilən əməlin təhlükəliliyinə, miqyasına adekvat olmalıdır.

Ölkəmizin dəyərli vətəndaşları hamılıqla fərqində olmalı, anlamalıdırlar ki, ani bir səhv, yanlışlıq, səhlənkarlıq kimlərisə bu həyatdan günahsız yerə apara bilər, kimsə başqa birinin ucbatından atasız, anasız, övladsız, ərsiz, xanımsız qala bilər.

Təbii, bu dönəm hamı üçün çətindir, hər kəsin arzusu budur ki, tezliklə əvvəlki həyatımıza qayıdaq. Fəqət, arzu ilə hər şey bitmir axı. Məsələ burasındadır, elə məhz bu arzunun reallaşması üçün də indiki rejimdə məsuliyyətli olmalıyıq, tələb olunan qaydalara riayət etməliyik".

E.Musayev vurğulayıb ki, qapalı yerlərdə maskanın taxılması ciddi zərurətdir: "Bu tələbə mütləq şəkildə əməl edilməlidir. İnsanlar küçələrə icazəsiz çıxılmamalıdır, qaydaları pozmaq üçün bəhanələr axtarmamalıdır. Bütün məlum tələblər çox sadə elementlərdir. Onlara riayət etmək də çətin deyil və yalnız riayət edilmədiyi halda böyük təhlükələr yarana bilər".


Etiketlər:  Vətəndaşları anlamalıdırlar səhv yanlışlıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ