Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO)

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO)

Tarix: 1 Iyul 2020 19:15

Bakı. Vüqar İmanov - Trend:

Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı efirin qonağı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov olub.

Trend-in məlumatına görə, Mədəniyyət kanalının “Bizi birləşdirən mədəniyyət” verilişində qonaq olan sənətçi BMM-nin səhnəsində ilk dəfə canlı olaraq ifalarını təqdim edəcəyindən məmnunluğunu ifadə edib. Xüsusu karantin günlərində fəaliyyəti və yaradıcılığı haqqında danışan müğənni vaxtını səmərəli keçirdiyini, yeni layihələr üzərində çalışdığını diqqətə çatdırıb. Yaradıcılığındakı yeniliklər, gələcək planları, birgə çalışdığı bəstəkar və söz müəllifləri ilə iş birliyindən söz açaraq yeni mahnıları və kliplərinin yaxın vaxtlarda təqdim edəcəyəni də vurğulayıb.

Hazırda tərəf müqabili Nigar Camal ilə birgə çalışdığı telelayihənin müsbət tərəflərini vurğulayan ifaçı bu işi sevərək gördüyünü xüsusi vurğulayıb. Kiçik yaşlarından sənətdə olan Eldar təhsil aldığl 2 saylı Musiqi məktəbinin kollektivinə və bütün müəllimlərinə efir vasitəsilə minnətdarlıını çatdırıb. Verilişdə Azərbaycan retro mahnılarına marağından danışan ifaçı canlı olaraq xalq mahnılarımızdan nümunələr də səsləndirib. Canlı efir sənətçinin repertuarından və xalq mahnılarından ibarət ifalarla davam edib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır.

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO) - Gallery Image Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO) - Gallery Image


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ