Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Everton” və “Arsenal” qələbə qazanıb

“Everton” və “Arsenal” qələbə qazanıb

Tarix: 2 Iyul 2020 08:44

İyulun 1-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turuna start verilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, turun ilk oyun günündə dörd qarşılaşma oynanılıb.

Maraq doğuran görüşlərdən biri "Emirates" stadionunda oynanılıb. "Arsenal" klubu "Norviç Siti"ni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət, oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.

Bu qələbədən sonra xal ehtiyatını 46-a çatdıran "Arsenal" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Norviç Siti" isə 21 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

Günün digər oyunlarında "Everton" öz meydanında "Lester Siti"ni (2:1), "Bormunt" isə səfərdə "Nyukasl Yunayted" komandasını məğlub edib - 4:1.


Etiketlər:  Everton Arsenal qələbə qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ