Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərviz Şahbazov: Digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir

Pərviz Şahbazov: Digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir

Tarix: 2 Iyul 2020 16:12

Bakı. Trend:

Digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir.

Trend xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın da iştirakı ilə keçirilən “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir qeyd edib ki, ilin ikinci yarısı üçün neft tələbatının azalma tendensiyasının zəifləyəcəyi gözlənilir. Lakin təəssüf ki, bu qeyri-müəyyənliklər mühitində, tələbatın yaxın bir tarixdə tam bərpasını əminliklə söyləmək mümkün deyil. Müxtəlif qiymətləndirmələrə görə, neft bazarının sabitləşməsi üçün ən azı 2 il vaxt lazımdır.

“Düşünürəm ki, qeyri-ordinar situasiyada neft ölkələrinin üzərinə düşən əsas missiya əməkdaşlıq və həmrəylik əsasında “OPEC+” formatının dayanıqlı və səmərəli mexanizm kimi fəaliyyətini, öhdəliklərin icrasını təmin etməkdir. Neft bazarında sabitlik bütün neft istehsalçılarının marağında olan məsələdir və bu baxımdan digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir. Öhdəliklərin icrasına gəldikdə isə hesab edirəm ki, “OPEC+” ölkələrinin iyul ayı daxil olmaqla üç aylıq performansı növbəti addımlar üçün baza olacaq. Azərbaycan öz öhdəliklərinə sadiqdir və müasir qlobal energetika sistemində aktiv rolunu davam etdirəcək”, - deyə P.Şahbazov vurğulayıb.


Etiketlər:  Pərviz Şahbazov Digər neft istehsalçılarının cəlbi ilə OPEC formatının genişləndirilməsi vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ