Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 17:52
Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı təbliğat tədbirlərini gücləndirib.
Trend-in məlumatına görə, polis əməkdaşları xüsusi səsgücləndiricilər quraşdırılan xidməti avtomobillərlə küçələrdə vətəndaşları məsuliyyətli olmağa çağırıb.
Daxili işlər orqanları əməkdaşları küçə və prospektlərlə yanaşı, yaşayış komplekslərinin ərazisində, məhəllələrdə, əhalinin sıx toplaşdığı yerlərdə gəzərək səsgücləndiricilərlə vətəndaşlara xəbərdarlıq edir, onların sosial məsafə saxlamasını, tibbi maska və qoruyucu vasitələrdən istifadəsini, ehtiyac olmadığı halda evdən çıxmamağı tövsiyə edirlər.