Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 18:48
Bakı. Rufiz Hafizoğlu -Trend:
Türkiyə qadınlara qarşı zorakılığın qarşısının alınması barədə İstanbul Konvensiyasından çıxa bilər.
Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş deyib.
O bildirib ki, hazırda bunun üzərində iş gedir. Onun sözlərinə görə, Türkiyənin bu Konvensiyanı imzalaması səhv addım idi.
Qeyd edək ki, Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması barədə Konvensiya 2011-ci il mayın 11-də İstanbulda imzalanb.