Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 19:56
Bakı. Trend:
"Volvo" şirkəti bir neçə ölkədən 2 milyondan çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu, şirkətin 93 illik tarixi ərzində ən yüksək rəqəmdir.
Bu qərar ön oturacaqların təhlükəsizlik kəmərlərinin bərkitmə trosunda aşkar olunan problemlə əlaqədar qəbul edilib.
Geri çağırılma 2006-cı ildən 2019-cu ilədək istehsal olunmuş S60, S60L, S60CC, V60, V60CC, V70, XC60, XC70, S80 və S80L modellərinə şamil olunub.
Ən çox avtomobil şirkətin yerləşdiyi İsveçdə geri çağırılıb. Burada 400 mindən çox avtomobildə həmin qüsur aşkar edilib. ABŞ-da 300 min, Çində 245 min, Almaniyada 178 min, Böyük Britaniyada isə 169 min avtomobil geri çağırılıb.