Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Övladımın 3 yaşı var, məni tanımır”

“Övladımın 3 yaşı var, məni tanımır”

Tarix: 2 Iyul 2020 20:30

"Bir aydan çox Dominikanda qaldım, sonra İstanbula gəldim. Uşaqlarımı belə görə bilməmişəm. İyulun ortasında Bakıya qayıdacam. İndi mənə dedilər ki, "Survivor"un finalınadək burda qal. Kiçik övladımın 3 yaşı var, artıq məni tanımır. Görüntülü danışanda üzünü çevirib gedir".

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri idmançı Pərviz Abdullayev "Survivor Panorama" proqramına qonaq olarkən deyib.

Pərviz artıq iki aydan çoxdur ki, Azərbaycana gəlmədiyini, ailəsi ilə daim görüntülü olaraq əlaqə saxladığını söyləyib: "2008-2019-cu illərdə İstanbulda yaşamışam, yarışlarda iştirak etmişəm. 2016-cı ildən "Survivor"a baxıram. Avatar Atakan qatıldığı vaxtlardan... Onunla çox yaxşı dostuq.

Döyüşlərim olduğu üçün müraciət edə bilmirdim. Nəhayət ki, 2019-cu ildə müraciət etdim. Oyunda səssiz idim. Həyatda da beləyəm. Kameralara işləmirdim. Düzdü, lazım idi. Amma özüm kimi oldum. Duruşumu, xarakterimi dəyişmədim. Açığı deyim, iştirakçılar məndən çəkinirdi, heç bir söz demirdilər. Barış Yağcı ilə beyin olaraq yaxın idik".


Etiketlər:  Övladımın yaşı məni tanımır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ