Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya koronavirus üçün dərman ixracına başlayıb

Rusiya koronavirus üçün dərman ixracına başlayıb

Tarix: 2 Iyul 2020 20:56

Bakı. Trend:

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb.

Trend-in məlumatına görə, bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq.

Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır.

Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan əvvəl bu preparat Ebolanın müalicəsi üçün istifadə olunub.


Etiketlər:  Rusiya koronavirus üçün dərman ixracına başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ