Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 00:32
Bakı. Trend:
Suriyanın Latakiya və Həma vilayətlərində, eləcə də Hələb şəhərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
A.Bakin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayəyinin Nəxşebba, Kesab, Ardaş-Dağ, Kinsibba, Rüəysət-İsgəndər, Roys-Üsleyman, Ayn-Əl-Əşra və Röysət-Ruşu yaşayış məntəqələrini və Həma vilayətinin Karkad yaşayış məntəqəsini atəşə tutublar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin